QRİP VƏ SOYUQDƏYMƏ GÖSTƏRİCİLƏRİ
Qrip və soyuqdəymə ilə bağlı hər il milyonlarca şikayət olur. Ortalama olaraq böyüklər ildə 2 ilə 3 dəfə soyuqdəyməyə yoluxur, uşaqlar ildə 10 dəfə bu xəstəliklə üzləşir.
Soyuqdəymə və qripin payız, qış aylarında niyə bu qədər geniş yayıldığı hhər kəsi narahat edir. Səbəb soyuq hava və uzun qış aylarında immunitet sisteminin zəifləməsidir.
Soyuqdəymə və qripin arasındaki fərq nədir? Bu iki xəstəlik göstəriciləri fərqlidir. r.
Qripin göstəriciləri: Anidən başlayır, şiddətli hiss edilir, 6-7 gün davam edir, 39-40 dərəcə qızdırma ola bilər, boğaz ağrısı, öskürək, halsızlıq, yorğunluq kimi fəsadları olur.
Soyuqdəymə yüngül başlayır, 2-3 günə artır, 3-4 gün davam edir.
Bəs bu xəstəliklər zamanı nə etməliyik? Meyvə-tərəvəz, bol maye qəbul edilməli, bununla yanaşı bir stəkan suya alma sirkəsi damcısı töküb bitki çayı hazırlamaq lazımdır. Bitki çayları virusdan, bakteriyalardan insanları qoruyur. Bu hallarda şəfalı otlardan da istifadə etmək məsləhətlidir.
ÇİNARƏ MURADOVA
