“Qətl hadisələrinin artmasında medianın böyük rolu var”
“Qardaş bacısının başını kəsdi, oğul ananı qətlə yetirdi, qadın yoldaşını baltaladı, kürəkən qaynını güllələdi” və sairə xəbər başlıqları artıq diqqətimizi hər gün çəkir. Əhalisi o qədər də çox olmayan respublikamızda bu kimi dəhşətli hadisələrin baş vermə səbəbi nədir? İnsanlar niyə bu qədər aqressivləşib?
Bu problemə tanınmış psixoterapevt Şaiq Sultanov belə aydınlıq gətirdi: “İnsanların qətlə maraq göstərməsində medianın böyük rolu var. İlk baxışdan bu cür xəbərlər adi görünsə də, əslində şüuraltına təsirsiz qalmır. Ani bir hadisədə artıq yaddaşımızda olanları qərar vermədən tətbiq edirik. Burada qətil hadisələrinin canlandırılığı, baş kəsmə səhnələrinin yer aldığı filmlərin də mənfi təsiri var. Uşaq yaşdan zorakılığı təbliğ edən filmlərə baxanlar, ordakı hissləri yaşamağa meyilli olurlar. Onu hiss etmək istəyirlər.”

Elə bir cəmiyyət yoxdur ki, orda belə neqativ hallara rast gəlinməsin. Əsas faciə belə hadisələrin baş verməsi yox, az qala kütləvi hala çevrilməsidir. Dəhşətli filmlər və kütləvi informasiya vasitələri fərdi hadisələri kütləviləşdirəndə, insanlarda aqressiya artdığını bildirən Şaiq Sultanov onu da dedi ki, hər bir hadisənin öz səbəbi var: “Bu baxımdan hər biri ayrı-ayrılıqda araşdırılmalıdır. Biz belə faciələri ümumi olaraq tək bir amillə bağlaya bilmərik. Bu kimi neqativ halların artmasında uşaqlara qarşı zorakılıq ön pillələrdən birindədir. Uşaq yaşında döyülən, təhqir olunan, alçaldılan şəxslər, öz aqressiyalarını müəyyən yaşa çatdıqda göstərirlər. Hər zaman alçaldılan uşaqlar, illərlə toplanan nifrət hissinə görə qisas almağa daha çox meyilli olurlar. Fərqi yoxdur onun valideyni, ya da başqa biri olmasının. Ona görə valideynlərin uşaqları ilə rəftarlarına diqqət yetirməsi önəmlidir.”