Quansah daha çox oyun təcrübəsi qazanmaq üçün "Liverpool” klubunu tərk edib
İngiltərə millisinin müdafiəçisi Jarell Quansah daha çox oyun təcrübəsi qazanmaq və fərqli bir mühitdə yeni çağırış yaşamaq üçün "Liverpool"dan Almaniyanın "Bayer Leverkusen” klubuna keçdiyini bildirib.
22 yaşlı futbolçu bu ay İngiltərə yığmasının oyunları üçün heyətə çağırılıb. O, "Liverpool"un heyətində ümumilikdə 58 oyun keçirsə də, ötən mövsüm cəmi 4 matçda iştirak edib və bundan sonra Bundesliqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. St. George’s Parkda keçirilən mətbuat konfransında Quansah deyib: "Sadəcə olaraq inkişafımı davam etdirmək istəyirəm. Gənc bir mərkəz müdafiəçisi kimi təkmilləşmək üçün oyunlarda iştirak etməyin vacib olduğunu düşünürəm".
Reuters
Mələk Nəsirli
