00:00:00
Yazar
Admin User
17.09.2025 18:45 127 1 dəq oxuma
İdman

"Quba" daha bir amerikalı basketbolçu transfer edib

"Quba" daha bir amerikalı basketbolçu transfer edib

Azərbaycan basketbol komandası "Quba" yeni bir oyunçunu salamlayıb. Basketbolçunun ABŞ-dən olan Kristian Kuns olduğu rəsmi şəkildə açıqlanıb.

 

"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov "İnformator.az"a açıqlamasında bildirib ki, artıq Kristian Kuns komandaya qoşulub:

 

“2000-ci il təvəllüdlü, 1.95 boyunda olan basketbolçu ABŞ-də universitet liqalarında oynayıb. Son komandası isə "Bemidji Universiteti" idi. Məşqlərimizə qoşulub, pis təsir bağışlamır. Təbii ki, digər oyunçulara olduğu kimi, Kunsa da inanaraq komandamıza dəvət etdik. Hərəkətli oyunçudur, sürətlidir. Üstəlik, mədəni də insandır. Fiziki məşqlərdə də daim işləyir. Kunsun yeni mövsümdən komandamıza müsbət təsir edəcəyi güman edilir. Onunla yanaşı, digər basketbolçularımızın da uğurlar əldə edəcəyi gözlənilir. Yeni mövsümdə də hamısı komanda üçün ən yaxşısını etməyə çalışacaq.”

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər