00:00:00
Yazar
Admin User
07.11.2025 14:24 132 1 dəq oxuma
İdman

"Quba"nın baş məşqçisi: "Sərhədçi" ilə matçda bacardığımızı ortaya qoyduq"

"Quba"nın baş məşqçisi: "Sərhədçi" ilə matçda bacardığımızı ortaya qoyduq"

"Quba" Azərbaycan Basketbol Liqasının VI turunda "Sərhədçi" ilə matçda bacardığını ortaya qoyub.

 

"İnformator.az" xəbər verir ki, bunu baş məşqçi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

 

"Oyunu gördünüz, nə demək olar? Komanda oynadı, bütün bacarığını ortaya qoydu. 15-20 xal önə çıxıb, üstünlüyü saxlamamaq zəiflikdir. Sonda səhvlər ardıcıl gəldi və oyun əldən çıxdı. Normal başlamışdıq davamını gətirə bilmədik. Səhvlərimizin sayı çox oldu. Komandamızın səviyyəsi budur, daha artığına gücümüz çatmır. Xüsusilə sonuncu periodda çox zəif oynadıq. Oyunda dominantlıq edib sonra uduzmaq... Yorğunluq əlamətidir, ya nədir bilmirəm. Nəticə bizim üçün olduqca ağırdır" - deyə, mütəxəssis bildirib.

 

Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların 86:82 hesablı qələbəsi ilə başa çatıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər