00:00:00
Yazar
Admin User
25.11.2023 15:49 358 1 dəq oxuma
Sosial

Qubada Regional Travmatoloji Mərkəz yaradılıb

Qubada Regional Travmatoloji Mərkəz yaradılıb

Qubada Regional Travmatoloji Mərkəz yaradılıb.

 

TƏBİB-dən İnformator.az-a verilən xəbərə görə, Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində Regional Travmatoloji Mərkəz yaradılıb.

 

Mərkəz tərəfindən Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, həmçinin müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı regionun tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstərilir. Mərkəzdə endoprotez əməliyyatları da həyata keçiriləcək.

 

Onu da qeyd edək ki, regionlarda əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər