Qulağında səs şikayəti ilə xəstəxanaya gedən qadın ŞOKA DÜŞDÜ
Türkiyənin Manisa şəhərində qulağındakı küy şikayəti ilə xəstəxanaya müraciət edən 72 yaşlı Fatma Arıkın qulağında hörümçək aşkarlanıb.
İnformator.az "CNN Türk"ə istinadən xəbər verir ki, sağ olduğu müəyyən edilən hörümçək əməliyyatla çıxarılaraq təbiətə buraxılıb.
Daha əvvəl oxşar hallarla qarşılaşdıqlarını bildirən həkim vurğulayıb ki, ilk dəfədir qulaqda canlı hörümçək aşkar ediblər.
Fatma Arık qulağından gələn səsin canlı hörümçəyə aid olduğunu öyrənəndə çox təəcübləndiyini bildirib.
