00:00:00
Yazar
Admin User
17.09.2025 12:54 139 2 dəq oxuma
İdman

Qurban Qurbanov “Qarabağ”ın qələbəsini şərh edib

Qurban Qurbanov “Qarabağ”ın qələbəsini şərh edib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika"ya (Portuqaliya) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib ki, "Qarabağ" futbolçularının özünə inamı qələbə qazanmağa kömək edib.


"Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində bu gün məğlub da ola bilərdik. Çünki start fitindən sonra üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyrimizə dəyişmək heç də asan görünmürdü. Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi. "Benfika"ya qalib gəlməyimiz onların zəif olduğu anlamına gəlmir",- Q.Qurbanov vurğulayıb.


Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.


Mövzu ilə bağlı idman jurnalisti Orxan Sübhan “İnformator.az”a açıqlamasında bildirib ki, bu qələbəyə təsadüf deyə bilmərik:


“Bu möhtəşəm qələbə illərdir "Qarabağ" klubunda görülən işlərin bəhrəsidir. Ola bilər, kimsə "Qarabağ"ın səfərdə "Benfika"nı məğlub edəcəyini gözləmirdi. Ancaq mən şəxsən komandamızın səfərdən sərfəli nəticə ilə dönəcəyinə inanırdım. "Qarabağ" bu yerlərə illərdir addım-addım yaxınlaşır. Zatən ÇL ilə əsas mərhələyə vəsiqə qazanmağın özü böyük uğurdur. Üstəlik səfərdə adlı-sanlı rəqibi məğlub etmək, özü də hesabda geri ola-ola 3 xal qazanmaq həqiqətən göydəndüşmə hədiyyə oldu. "Qarabağ" bu qələbə sayəsində çoxlarının sinəsinə dağ çəkdi. Bu gün dünyanın hər bir yerində bizdən danışırlar. Bundan sonra hələ çox danışacaqlar. Qoy, danışsınlar”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər