00:00:00
Yazar
Admin User
03.09.2025 13:02 128 1 dəq oxuma
İdman

Qurbanov onu niyə siyahıya salmadı?

Qurbanov onu niyə siyahıya salmadı?

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsində yeni transfer Joni Montielin yer almamasının səbəbi bəlli olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Qol.az"a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. Onun sözlərinə görə, ispaniyalı hücumameyilli yarımmüdafiəçinin hazırlıq durumu hələ ki, baş məşqçi Qurban Qurbanovu qane etmir:

 

“Əslində baş məşqçimiz də istəyirdi ki, bu cür futbolçu heyətdə olsun, amma onun indiki hazırlıq durumu buna imkan vermir. Q.Qurbanov “Karvan”la oyundan sonra da bildirmişdi ki, Montielin tam formaya düşməsi üçün müəyyən bir müddət lazımdır. Siyahıda kifayət qədər futbolçumuz var. Ona görə də Montielin adı iştirak ərizəsinə daxil edilməyib”.

 

Montieldən başqa, uzun müddət zədəli olan yarımmüdafiəçi Aleksey İsayevin də də UEFA-ya göndərilən siyahıda yoxdur.

 

Qeyd edək ki, 24 yaşlı Montiel bu yay İspaniyanın “Rayo Valyekano” klubundan transfer edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər