00:00:00
Yazar
Admin User
16.10.2023 12:15 505 2 dəq oxuma
Sosial

Quru sərhədlər nə vaxt açılacaq?

Quru sərhədlər nə vaxt açılacaq?

“Quru sərhədlərlə bağlı, Nazirlər Kabinetinin yanvarın ayının 1-nə qədər olan müddətdə xüsusi qərarı var. Lakin buna baxmayaraq bəzi sosial qrupa aid olan şəxslər, məsələn Naxçıvan vətəndaşları, ya da zərurət yarandıqda müraciət əsasında hansısa şəxslərin quru sərhədlərdən istifadəsinə şərait yaradılır”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev söyləyib. Millət vəkili deyir ki, həm pandemiya, həm də digər şəraitlərə görə quru sərhədlərin yeni ilə qədər açılması gözlənilmir.

 

“Ətrafımızda cərəyan edən proseslərin dəyişməsi fərqli qərarların verilməsinə gətirib çıxara bilər. Biz bu şəraitə dözməliyik. Azərbaycan çox ağır və çətin regionda yerləşir. Xalqımız 3 il müddətdə, 44 günlük Vətən Müharibəsində şanlı zəfərin əldə edilməsi, bir çox təxribatların qarşısının alınması, önəmli zirvələr, strateji nöqtələrin işğaldan azad edilməsinə nail oldu. Biz sentyabr ayının 19-dan etibarən isə lokal antiterror əməliyyatını yeritməyə məcbur qaldıq. Xalqımız seperatizmin kökünü tam şəkildə kəsdi”.

 

Deputat qeyd edir ki, hazırda vətəndaşlar üçün hava nəqliyyatı işlək vəziyyətdədir.

 

“Tələbələrin hava nəqliyyatından istifadəsinə görə müəyyən güzəşt və endirimlər də tətbiq edilir. Biz yeni ildən, yeni şəraitə uyğun olaraq quru sərhədlərin açılmasının şahidi olacayıq. Amma düşünürəm ki, vətəndaşlar bu vaxt çərçivəsində həssas, səbrli, olmalıdırlar. Azərbaycanın təhlükəsizliyi tam təmin edildikdən sonra, sərhədlərlə bağlı mövcüd qadağanın aradan qalxması tam şəkildə məqsədə uyğundur. Nazirlər Kabineti şəraitə uyğun olaraq, yeni ildən etibarən bununla bağlı, rəsmi açıqlama verəcək”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər