00:00:00
Yazar
Admin User
11.04.2023 19:22 331 1 dəq oxuma
Sosial

Quş qripinin daha bir ştamı yayıldı: İlk ölüm qeydə alındı

Quş qripinin daha bir ştamı yayıldı: İlk ölüm qeydə alındı

Çin Ümumdünya Səhiyyə Təşkilatına quş qripinin A ştammına yoluxmuş bir nəfərin öldüyü barədə məlumat verib.

 

ÜST-dən verilən yazılı açıqlamaya görə, Çin Milli Səhiyyə Komissiyası martın 27-də bir nəfərdə A (H3N8) virusunun aşkarlandığı barədə məlumat paylaşıb.

 

Bu günə qədər 3 nəfər A(H3N8) virusuna yoluxub və hər bir hal Çində qeydə alınıb.

 

Yeni bildirilmiş hal üzrə epidemioloji araşdırma aparılsa da,virusa yoluxmuş şəxsin təmasda olduğu insanlar arasında başqa hal aşkar edilməyib.

 

Bu virusun insandan insana asanlıqla yayılmadığı və ya yayılma riskinin az olduğu düşünülür.

 

Qeyd etmək lazımdır ki, Çinin Milli Səhiyyə Komissiyası A (H3N8) tipli quş qripinə ilk insan yoluxmasının 2022-ci ilin aprel ayında bildirmişdi.

Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər