00:00:00
Yazar
Admin User
12.01.2026 04:42 75 1 dəq oxuma
Dünya

Quterreş İranda etirazçılara qarşı zor tətbiqindən sarsıldığını bəyan edib

Quterreş İranda etirazçılara qarşı zor tətbiqindən sarsıldığını bəyan edib

BMT-nin Baş katibi Antoniu Quterreş bəyan edib ki, İranda etirazçılara qarşı zorakılıqla bağlı xəbərlər onu sarsıdıb.

 

"İnformator.az" xəbər verir ki, müvafiq açıqlama baş katibin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

 

"Son günlərdə insanların ölümünə və yaralanmasına səbəb olan zorakılıq və İran hakimiyyəti tərəfindən etirazçılara qarşı həddindən artıq güc tətbiqi ilə bağlı xəbərlər məni sarsıdıb. Fikir ifadə etmək, birləşmək və dinc toplaşmaq azadlığı tam şəkildə qorunmalı və təmin edilməlidir", – deyə açıqlamada bildirilib.

 

Quterreş həmçinin İran hakimiyyətini maksimum təmkin göstərməyə və lazımsız, yaxud qeyri-mütənasib güc tətbiqindən çəkinməyə çağırıb. O, əhalinin informasiyaya çıxışını təmin etmək üçün, o cümlədən rabitənin bərpası istiqamətində tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər