00:00:00
Yazar
Admin User
18.01.2026 12:07 76 1 dəq oxuma
İdman

Qvardiola yayda "Mançester Siti"dən ayrıla bilər

Qvardiola yayda "Mançester Siti"dən ayrıla bilər

"Mançester Siti" və Xosep Qvardiola mövsümün sonunda əməkdaşlığın davam edib-etməyəcəyinə dair həlledici görüş keçirəcəklər.

 

"İnformator.az" bu barədə "Sky Sports"a istinadən xəbər verir.

 

Mənbənin məlumatına görə, Qvardiolanın gələcəyi yaxın aylardakı nəticələrdən asılı olacaq və əgər 2025/2026 mövsümü klub rəhbərliyinin gözləntilərini doğrultmasa, onun gedişi real görünür.

 

Qeyd olunur ki, "şəhərlilər" artıq italyan mütəxəssis Enzo Mareskanın nümayəndələri ilə əlaqə saxlayıblar və Qvardiola 2026-cı ilin yayında komandadan ayrılacağı halda, onu baş məşqçi postuna namizəd kimi nəzərdən keçirirlər. Mareskanın "Mançester Siti"də işləməyə maraqlı və baş məşqçi vəzifəsini tutmağa hazır olduğu bildirilir.

 

Qvardiolanın klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır. Premyer Liqada 22 oyundan sonra "şəhərlilər" 43 xal toplayaraq ikinci yerdə qərarlaşıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər