"QƏZALARIN ÇOXU SÜRÜCÜLƏRİN TELEFONDAN İSTİFADƏSİNƏ GÖRƏ BAŞ VERİR"
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən verilən xəbərə görə, son vaxtlar qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadəyə meyl etmələri səbəbindən baş verir.
DYP-nin müraciətində qeyd edilib ki, sükan arxasında ani bir diqqətsizlik isə sürücünü mənzil başına yox, özünün və doğmalarının arzulamadığı ünvana apara bilər.
Nəqliyyat eksperti Eldəniz Cəfərov məsələ ilə bağlı qeyd edir ki, "bu hal sürücünün fərdi məsuliyyətsizliyi, bilərəkdən qaydanı pozmasıdır. Problemin qarşısını almağın tək yolu var, bu isə cərmələrdir".
ÇİNARƏ MURADOVA
