Qəzalı binaların sökülməsi mənzil bazarında qiymətlərə necə təsir edir?
“İstismar müddəti başa çatan binaların yeniləri ilə əvəzlənməsi əmlak bazarına müsbət təsir göstərir”.
Bu sözləri İnformator.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə söyləyib. Ekspert deyir ki, yeni binalar şəhərin görünüşündə özünəməxsus rol oynayır.
“Eyni zamanda, binaların yenilənməsi şəhərlərin görünüşü, insanların rahatlığı və təhlükəsizliyi baxımdan əlverişli şərait yaradır. Hazırda paytaxtda azmərtəbəli binaların yerində çoxmənzilli binaların tikintisi prosesi həyata keçirilir. Bu proses zamanı vətəndaşlar müəyyən kompensasiyalar, yaxud yaşayış sahəsindən 20% artıq olmaqla müəyyən mənzillərlə təmin olunurlar”.
Ekspert əlavə edib ki;
“Bu proses əmlak bazarında ucuz mənzillərin azalmasına, bazardan çıxmasına səbəb olsa da, onların yerində tikilən yeni binalarda isə kirayəlik və satış mənzillərinin bazar dəyəri əvvəlkindən daha baha qiymətə təklif olunur”.
Həcər Əmiraslanlı
