Qəzaya uğrayan gəmi ilə bağlı yeni faktlar
Ötən ay 600-ə yaxın insanın öldüyü ehtimal edilən miqrant gəmisinin qəzaya uğraması ilə bağlı yeni faktlar ortaya çıxıb. Əldə olunan faktlar Yunanıstan hökumətinin faktla bağlı yalan danışdığını ortaya çıxarıb.
İnformator.z BBC-nin məlumatınaistinadənbildirir ki, Yunanıstan Sahil Mühafizə xidməti miqrantların ölümündə birbaşa günahkardır. Sağ qalan miqrantlar isə hökumətin təzyiqi ilə susurlar.
Yunanıstanda miqrant gəmisinin qəzaya uğraması ilə bağlı BBC yeni faktlar ortaya atıb. Yunanıstan hökuməti məlumatları təhrif etməkdə günahlandırılır. Bildirilir ki, Yunanıstan hökuməti miqrantlara qəsədən kömək etməyib. Gəminin batmadan əvvəl ən azı 7 saat hərəkət etmədiyi, həmçinin, batdıqdan sonra belə insanların 2 saat dənizdə köməksiz qaldığı iddia edilir. Qeyd olunur ki, bu müddət ərzində Yunanıstan hökuməti onlarla maraqlanmayıb. Sağ qalan miqrantlar məlumatı təsdiqləyiblər. Etiraf ediblər ki, Yunan hökuməti vəziyyəti gizli saxlamaq üçün onları həbs və zorakılığa məruz qoymaqla, eləcə də Əfqanıstana geri göndərməklə hədələyib. 9 misirlini isə insan qaçaqmalçılığında və qətldə günahlandırıblar. adlarının açıqlanmasını istəməyən, şərti olaraq Musaab və Əhməd adlandırılan iki miqrant BBC-yə müsahibələrində xilasedicilərin batanlara yardım etmək istəmədiklərini açıqlayıblar. “Onlar qayığın soluna kəndir bağladılar. Tarazlığı saxlamaq üçün hamımız sağa keçdik. Sonra yunan gəmisi sürətlə hərəkət etdi. Bu səbəbdən qayıq aşdı. Onlar uzun müddət bizi sürüklədilər. 9 misirliyə gəlincə, Yunanıstan hakimiyyəti onları haqsız yerə həbs edib və öz cinayətlərini ört-basdır etmək üçün bizi ittiham edirlər” sitatın sonu.
Mediada bu xüsusda videogörüntülər də yayılıb. Belə ki, görüntülərdən də aydın olur ki, gəminin aşmasında və miqrantların həyatlarının itirməsində mühafizə xidməti günhakardır. "BBC Verify", görüntülərin sahil mühafizəsinin qayığın xilas edilməsinə ehtiyac olmadığını iddia etdiyi zaman lentə alındığını, hətta videonu sahil mühafizəsinin hazırladığını təsdiqləyib.
Yeri gəlmişkən, Yunanıstan rəsmiləri BBC-nin sübutlarına hələ də cavab verməyib. Sahil mühafizəsi isə iddia edir ki, qeyd olunan saatlarda qayıq İtaliyaya doğru yolda olub və onun xilas edilməsinə ehtiyac olmayıb. Qeyd edək ki, Ötən ay baş vermiş qəza nəticəsində 78 nəfərin öldüyü və 500 nəfərin itkin düşdüyü bildirilir. Lakin hazırda 500 nəfərində həyatlarını itirməsi barədə məlumatlar var. Belə ki, onların bu müddət ərzində sağ qalma ehtimallarının qeyri-mümkün olduğu bildirilir. Tammiqyaslı xilasetmə cəhdinə başlamaq üçün BMT Yunanıstandan araşdırmanı diqqətlə aparmağı tələn edib.
Nəzrin Malik
