Qəzza zolağında qarşılıqlı hücumlar:
İsrail ordusu Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı öz qüvvələri üçün təhlükə hesab edilən üç silahlı liderin və bir neçə digər şəxsin öldürüldüyünü açıqlayıb. Bildirilib ki, bəzi zərbələr HƏMAS tərəfindən həyata keçirilən və İsrail əsgərlərindən birinin ağır yaralanması ilə nəticələnən hücuma cavab olaraq endirilib.
HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son hücumlar nəticəsində üçü uşaq olmaqla 21 nəfər həlak olub, azı 38 nəfər isə yaralanıb.
Qəzza zolağının Mülki Müdafiə Xidməti isə bildirib ki, ərazinin mərkəzində yerləşən çadıra edilən hücum zamanı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Qəzza şəhərinin qərbində mülki şəxslərin olduğu əraziyə endirilən zərbə nəticəsində isə bir nəfərin həyatını itirdiyi qeyd olunub.
Bölgədə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.
EURONEWS
Aysun Xanatova
