00:00:00
Yazar
Admin User
13.10.2025 17:26 106 1 dəq oxuma
Dünya

Qəzzada sağ qalan girovlar razılaşmayla İsrailə təhvil verilib

Qəzzada sağ qalan girovlar razılaşmayla İsrailə təhvil verilib

Qəzzada sağ qalan 20 girov razılaşmaya uyğun olaraq İsrailə təhvil verilib. Eyni zamanda, İsrail həbsxanalarından fələstinli məhbuslar azad olunur.

 

Fələstinli məhbusları daşıyan avtobuslar artıq Ramallaha çatmağa başlayıb. Böyük bir izdiham avtobuslardan düşənləri qarşılayır. Razılaşmaya əsasən, HƏMAS girovları heç bir mərasim olmadan təhvil verib. Lakin müharibənin yaratdığı dağıntılar səbəbilə, hər iki tərəfin bu prosesin daha uzun çəkə biləcəyinə dair razılığa gəldiyi bildirilir. Girov ailələri də iki ildir ayrı olduqları yaxınlarını səbirsizliklə gözləyir.

Azad edilən girovlardan Nimrod Cohenin anası Viki Cohen isə sevincini belə ifadə edib: “Çox xoşbəxtəm. Necə hiss etdiyimi izah etmək çətindir. Bütün gecə yata bilmədim".

 

 BBC NEWS

 Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər