“Qəzzanın yenidən qurulmasında da Misirlə işləmək istəyirik”
Prezident Ərdoğan Misirdə qatıldığı Türkiyə-Misir İş Forumunda çıxış edib. Prezident Ərdoğan, "Qəzzaya göndərdiyimiz yardımların çatdırılmasında Misirin əməkdaşlığını minnətdarlıqla qəbul edirik", - deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan bir oteldə keçirilən Türkiyə-Misir Biznes Forumunun bağlanış iclasında etdiyi çıxışda Qahirəyə səfəri münasibətilə iş dünyasının görkəmli nümayəndələri ilə görüşməkdən böyük məmnunluq duyduğunu bildirib. Prezident Ərdoğan səfərinin əvvəlindən qəbul etdiyi səmimi qəbula görə Misir Prezidenti Sisiyə və Misir rəsmilərinə təşəkkür edib.
TRT XƏBƏR
Selcan Xudiyeva
