Qəzzaya yardım və Rəfah keçidinin açılması çağırışı
Türkiyə və daha 7 ölkənin xarici işlər nazirləri Qəzzada ağırlaşan humanitar vəziyyətlə bağlı birgə bəyanat veriblər. Bəyanatda kəskin hava şəraiti, yardım çatışmazlığı və mülki əhalinin, xüsusilə köçkünlərin çətin durumda olduğu vurğulanıb.
Nazirlər humanitar yardımın fasiləsiz şəkildə Qəzzaya çatdırılmasını, BMT və beynəlxalq təşkilatların maneəsiz fəaliyyətini və Rəfah Sərhəd Keçidinin hər iki istiqamətdə açılmasını tələb ediblər.
TRT Haber
Mələk Hüseynova
