Rəcəb Tayyib Ərdoğan Efiopiyada rəsmi səfərdədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyanın paytaxtı Əddis-Əbəbədə rəsmi mərasimlə qarşılanıb. Onu Efiopiyanın Baş naziri Abiy Əhməd qarşılayıb. Milli Sarayda keçirilən mərasimdə hər iki ölkənin dövlət himnləri səsləndirilib, liderlər mərasim qarovulunu salamlayıblar və nümayəndə heyətləri təqdim olunub.
Səfər çərçivəsində Prezident Ərdoğan Adva Qələbə Abidəsinə əklil qoyub. Daha sonra tərəflər təkbətək və geniş tərkibdə görüşlər keçirəcək, sənədlərin imzalanması və birgə açıqlamalar nəzərdə tutulur.
Əddis-Əbəbə küçələrində Prezident Ərdoğanın səfəri münasibətilə “Efiopiyaya xoş gəlmisiniz” mesajları yerləşdirilib.
TRT Haber
Aişə Mustafayeva
