Rəcəb Tayyib Ərdoğan: Türkiyə əsrini qurmağa başlamışıq
Hədəflər açıqlandı
Prezident Rəcəb Tayyib Ərdoğanın
elan etdiyi “Türkiyə Əsri” vizyonu ölkənin iqtisadi, texnoloji, siyasi və sosial sahələrdə xarici asılılığını azaldaraq tam müstəqil qlobal gücə çevrilməsini hədəfləyən strateji yol xəritəsidir. Bu yeni mərhələnin Türkiyə üçün əsas sahələrdə mühüm dəyişikliklər və yeniliklər gətirəcəyi nəzərdə tutulur. Qara dənizdə və digər bölgələrdə tapılan təbii qaz ehtiyatları kimi layihələrin genişləndirilməsi, ölkənin enerjidə xarici ölkələrdən asılılığını minimuma endirmək, istehsal və ixracatın artırılması da bu mərhələyə daxildir. Həmçinin maliyyə sisteminin qlobal böhranlara qarşı daha dözümlü olacağı gözlənilir.
Politoloq Tural İrfan "İnformator.az”a açıqlamasında prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə Türkiyənin dünyada güc və söz sahibinə çevrildiyini xüsusi vurğulayıb.
“Ərdoğanın elan etdiyi “Türkiyə Əsri”nin ölkə üçün əsas sahələrdə mühüm dəyişikliklər və yeniliklər gətirəcəyi nəzərdə tutulur. Qara dənizdə və digər bölgələrdə tapılan təbii qaz ehtiyatları kimi layihələrin genişləndirilməsi, ölkənin enerjidə xarici ölkələrdən asılılığını minimuma endirmək, istehsal və ixracatın artırılması da bu mərhələyə daxildir. Həmçinin maliyyə sisteminin qlobal böhranlara qarşı daha dözümlü olacağı gözlənilir".
Politoloq hesab edir ki, hərbi texnika, pilotsuz uçuş aparatları və yüksək texnologiya məhsullarının istehsalının artırılması Müdafiə və texnologiya sahəsində asılılığı tamamilə aradan qaldıracaq. Bundan əlavə Türkiyə öz xarici siyasətini heç bir xarici gücün təsiri olmadan müəyyən edəcək.
"Türkiyə bölgədə və dünyada sülhün qorunmasında, eləcə də beynəlxalq böhranların həllində əsas aparıcı rol oynayacaq. Ölkəni keçmiş dövrlərin qalıqları olan qanunlardan azad edən sivil və azadlıqverici yeni konstitusiyanın qəbul edilməsi də təmin edilə bilər. Beləliklə, Türkiyənin öz qızıl dövrünə daxil olduğunu söyləmək olar".
Tural İrfanın sözlərinə görə, görünən odur ki, son dövrdə əsasən xarici siyasətə üstünlük verən Türkiyə hakimiyyəti bu mərhələdə daxili məsələləri, iqtisadiyyatı, sosial durumdan qaynaqlanan məsələləri də yüksək səviyyədə həll etməyi planlaşdırır.
Nurgün Qənizadə