00:00:00
Yazar
Aişə Mustafayeva
18.02.2026 22:12 12 1 dəq oxuma
Dünya

Rəcəb Tayyib Ərdoğan: "Vətəndaşlarımızın aşağılanmasına dözməyəcəyik"

Rəcəb Tayyib Ərdoğan: "Vətəndaşlarımızın aşağılanmasına dözməyəcəyik"

Ankarada keçirilən Qubernatorlar Yığıncağında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətin vətəndaşa xidmət prinsipi əsasında fəaliyyət göstərməli olduğunu bildirib. O vurğulayıb ki, vətəndaşlara yuxarıdan aşağı baxılması, ayrı-seçkilik hörmətsizlik yolverilməzdir.

 

Prezident Daxili İşlər Nazirliyində baş verən rəhbər dəyişikliyinə də toxunaraq sabiq nazir Əli Yerlikayaya təşəkkür edib, yeni nazir Mustafa Çiftçiyə uğurlar arzulayıb.

 

Ərdoğan Ramazan ayı münasibətilə birlik və həmrəylik mesajı verərək, xüsusilə fələstinlilər üçün duaların unudulmamasını istəyib. O, həmçinin sosial media istifadəsində dövlət ciddiyyətinin qorunmasının vacibliyini qeyd edib və “terrordan azad Türkiyə” hədəfinin qətiyyətlə davam etdiriləcəyini bildirib.

 

TRT Haber

Aişə Mustafayeva

#aşağılanmasına #azərbaycan #baki #"vətəndaşlarımızın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər