00:00:00
Yazar
Admin User
31.08.2025 08:17 142 1 dəq oxuma
İdman

Rüfət Zaqreb "Dinamo"suna qarşı oynayıb

Rüfət Zaqreb "Dinamo"suna qarşı oynayıb

Azərbaycanlı futbolçu Rüfət Abdullazadənin çıxış etdiyi “Varajdin” Xorvatiya çempionatında növbəti oyuna çıxıb.

 

"İnformator.az" xəbər verir ki, komanda 5-ci turda evdə lider Zaqreb "Dinamo"su ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

 

 

46-cı dəqiqədə meydana daxil olan Rüfət qol ötürməsi ilə fərqlənib. O, 52-ci dəqiqədə komandasının vurduğu ilk qolun ötürməsini edib. Bu, yayda "Dinamo"ya keçən Rüfətin Xorvatiya çempionatında 3-cü oyunudur.  Qeyd edək ki, “Varajdin” 5 turdan sonra 6 xalla 4-cü sıradadır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər