00:00:00
Yazar
Admin User
16.01.2026 17:49 71 1 dəq oxuma
Dünya

Rütte Danimarka və Qrenlandiya nazirləri ilə görüşəcək

Rütte Danimarka və Qrenlandiya nazirləri ilə görüşəcək

NATO Baş katibi Mark Rütte yanvarın 19-da Brüsseldə qurumun Baş Qərargahında Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeld ilə görüşəcək.

 

"İnformator.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə blokun mətbuat xidməti məlumat yayıb.

 

"Bazar ertəsi, yanvarın 19-da Baş katib Mark Rütte Brüsseldə NATO-nun Baş Qərargahında Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeld ilə görüşəcək. Mətbua ilə təmaslar nəzərdə tutulmayıb", - mətbuat xidməti görüşün mövzularını açıqlamadan bildirib. Daha əvvəl M.Rütte növbəti həftə Qrenlandiyanın təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı NATO çərçivəsində bir sıra məsləhətləşmələr keçiriləcəyini elan edib. Onun fikrincə, bu, ABŞ-ni inandırmalıdır ki, NATO Qrenlandiyanı yaxşı müdafiə edir və buna görə də onu ilhaq etməyə ehtiyac yoxdur, sadəcə alyansın ərazisi kimi istifadə etmək olar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər