\"Rabitəbank\"da yeni təyinat olub
Aydın Hüseynov Rabitəbank-ın İdarə Heyətinə sədr müavini təyin edilib
Aydın Hüseynov Rabitəbank-ın İdarə Heyətinə sədr müavini təyin edilib.
İnformator bankın saytına istinadən xəbər verir ki, bundan əvvəl A.Hüseynov Rabitəbank-da baş direktor vəzivəsində çalışıb.
Hazırda o, bankın İdarə Heyətinin sədri Elçin Həmidovun yeganə müavinidir.
Rabitəbank 1993-cü ildən fəaliyyət göstərir, 22 filiala malikdir.
