00:00:00
Yazar
Lalə Qafarova
23.04.2026 11:42 35 1 dəq oxuma
Media

"Radioda səsinlə rəsm çəkməyi bacarmalısan" - əməkdar jurnalistdən tövsiyələr

"Radioda səsinlə rəsm çəkməyi bacarmalısan" - əməkdar jurnalistdən tövsiyələr

Teleradio Akademiyasında növbəti  təlimin qonağı əməkdar jurnalist Zərnişan Azayeva oldu. Tələbələrlə səmimi söhbət edən təcrübəli jurnalist peşənin görünməyən çətinliklərindən və uğur formulundan bəhs etdi.

 

Zərnişan Azayeva radionun televiziyadan daha mürəkkəb sahə olduğunu vurğuladı. Onun sözlərinə görə, radioda tamaşaçı görüntünü görmür, ona görə də jurnalist səsi, tonu və düzgün söz seçimi ilə dinləyicinin xəyalında bütöv bir mənzərə yaratmağı bacarmalıdır.

 

Gənc həmkarlarına ixtisaslaşmağın vacibliyini xatırladan qonaq, uğura gedən yolun peşəkarlıqdan keçdiyini bildirdi:

 

"Öz işinin uğrunda mübariz olsan, mütləq nəticə əldə edəcəksən. Çünki hər bir jurnalist çalışdığı sahənin dərinliklərinə bələd olan əsl mütəxəssisə çevrilməlidir".

 

Görüşdə həmçinin jurnalistikanın tarixi həqiqətləri üzə çıxarmaq missiyası da müzakirə olundu. Zərnişan xanım mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Almas Yıldırım haqqında apardığı araşdırmalardan nümunələr gətirərək, jurnalist tədqiqatının əhəmiyyətini diqqətə çatdırdı.

 

Sonda təlim interaktiv formatda davam etdi. 


Firuzə İsmayıl

#AzTV #TeleradioAkademiyası #media #görüş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər