00:00:00
Yazar
Lalə Qafarova
05.06.2026 22:43 51 2 dəq oxuma
Dünya

Əraqçi: Tehran yalnız ABŞ-nin İrana hücumlar üçün istifadə etdiyi bazalara zərbə endirir

 

Əraqçi: Tehran yalnız ABŞ-nin İrana hücumlar üçün istifadə etdiyi bazalara zərbə endirir

İran Silahlı Qüvvələri yalnız ABŞ-nin İran ərazisinə hücum etmək üçün istifadə etdiyi obyektlərə cavab zərbələri endirir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, ABŞ-nin bölgədə yerləşən hərbi bazalarına İranın zərbələr endirməsi onun milli maraqları baxımından düşünülmüş hərbi-siyasi taktika kimi qiymətləndirilə bilər:

 

"Çünki bu yolla İran ilk növbədə qarşı tərəfin, yəni ABŞ-nin bölgədəki hərbi mövcudluğuna və maraqlarına birbaşa təsir göstərməyə çalışır.

Digər tərəfdən, bu cür addımlar Körfəz ölkələrinə də müəyyən mesaj xarakteri daşıyır. İran göstərməyə çalışır ki, ABŞ-lə sıx hərbi əməkdaşlıq və onun hərbi infrastrukturuna ev sahibliyi etmək həmin ölkələri potensial təhlükələrdən tam şəkildə sığortalamır. Bu baxımdan Tehran bölgə dövlətlərinə təhlükəsizlik məsələlərində alternativ yanaşmaların vacibliyini xatırlatmağa çalışır.

Eyni zamanda ABŞ-nin əsas ərazisinin və hərbi-sənaye mərkəzlərinin İrandan uzaqda yerləşdiyi şəraitdə, bölgədəki hərbi bazaların hədəfə alınması Vaşinqtonun nüfuzuna və çəkindiricilik qabiliyyətinə müəyyən zərbə kimi təqdim olunur. İran bununla ABŞ-nin bölgədəki müttəfiqlərinə və tərəfdaşlarına onun hərbi üstünlüyünün mütləq olmadığını nümayiş etdirməyə çalışır.

Bundan əlavə, Tehran Körfəz ölkələrinə onların ABŞ və İsrailin regional strategiyalarının təsiri altında qaldıqları barədə də mesaj verməyə cəhd göstərir. İranın baxışına görə, bu dövlətlər regional qarşıdurmaların nəticələrindən kənarda qala bilməzlər.

Bütün bunlar göstərir ki, İranın ABŞ-nin bölgədəki hərbi obyektlərini hədəfə alması hərbi və siyasi məqsədləri özündə birləşdirən, regional güc balansına təsir göstərməyə hesablanmış taktiki addım kimi qiymətləndirilə bilər. Bununla belə, belə addımların uzunmüddətli nəticələri və onların regional sabitliyə təsiri müxtəlif ekspertlər tərəfindən fərqli şəkildə dəyərləndirilir". 
 


Reyhan Qulizadə

#i̇rana #tehran #gündəm #xəbər #yalnız
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər