Əraqçi: Uran İran ərazisindən çıxmayacaq
İranın Xarici İşlər naziri Abbas Əraqçi ABŞ ilə mümkün nüvə sazişi çərçivəsində İslam Respublikasından yüksək dərəcədə zənginləşdirilmiş uranın üçüncü ölkələrə ixrac olunmasının mümkünlüyünü istisna edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Əraqçi Qətərin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, uranın zənginləşdirilməsi səviyyəsi ehtiyaclardan asılıdır.
"Zənginləşdirilmiş uran İran ərazisindən çıxmayacaq".
