Rassel Formula 1 Sinqapur Qran Prisinin qalibi olub
Mercedes komandasının britaniyalı pilotu Corc Rassel 2025 Formula 1 Dünya - Çempionatının 18-ci raundunda - Sinqapur Qran Prisində qalib gəlib.
"İnformator.az"ın məlumatına görə, ikinci yeri "Red Bull"u təmsil edən niderlandlı Maks Verstappen tutub.
İlk üçlüyü McLaren-i təmsil edən britaniyalı Lando Norris tamamlayıb.
Qran Prinin növbəti mərhələsi oktyabrın 17-dən 19-dək ABŞ-nin Texas ştatının Ostin şəhərində keçiriləcək.
