00:00:00
Yazar
Admin User
22.09.2023 13:59 256 1 dəq oxuma
Sosial

Ərazilərin minadan təmizlənməsi davam etdirilir

Ərazilərin minadan təmizlənməsi davam etdirilir

Şuşada Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə mina partayıb. Nəticədə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü mülki şəxs minaya düşüb.


Hərbi ekspert Ramil Məmmədli mina ilə bağlı təmizləmə işlərindən saytımıza danışıb: "Təmizləmə işləri bir neçə mərhələdə həyata keçirilir. Ötən 3 il ərzində minlərlə mina və partlamamış qurğu zərərləşdirilib. Buna baxmayaraq ərazidə tam minaların təmizlənməsini həyata keçirmək mümkün deyil. Ermənistan terroru mina formatında davam etdirməklə məşğul oldu. Bu gün də bu proses davam edir. Ermənistan ordusunun birləşmələri 19-20 sentyabr keçirilən antiterror tədbirinə qədər əraziyə kifayət qədər mina basdırıb".

 

Ekspert məsləhət görür ki, bu məsələdə vətəndaşlar diqqətli olsun, ərazidə hərəkət edərkən ehtiyatlı davransınlar ki, mina qurbanına çevrilməsinlər.

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər