00:00:00
Yazar
Admin User
16.11.2023 16:52 395 2 dəq oxuma
Sosial

Ərçimanlıların mavi yanacaq problemi

Ərçimanlıların mavi yanacaq problemi

Şamaxının Ərçiman kəndinin yerli sakinləri təbii qazın yoxluğu səbəbindən uzun illərdir ki, əziyyət çəkirlər.

 

İnformator.az xəbər verir ki, Şamaxının 700 nəfərdən çox əhalisi olan Ərçiman kəndi mavi yanacağa həsrət qalıb. İnsanlar qışın soyuğunda donmamaq üçün məcburən ya təzəkdən istifadə edir, ya da 2-3 kilometr uzaqlıqdakı meşələrə üz tuturlar.

 

Kəndin yaşlı sakinlərindən biri 68 yaşlı Binyət Məhərrəmov deyir ki, gözünü açandan bu kəndə nə yol görüb nə də qaz.

 

“Havalar soyuyar-soyumaz o da bütün kənd sakinləri kimi yanacaq axtarışına çıxır. Nə meşədən odun tapa bilirik, nə də odun ala bilirik. Bir maşın odun 500 manata başa gəlir. Ona da bizim imkanımız yoxdur”.

 

Belə ki, sakinlər meşələrdən əli boş qayıtmamaq üçün məcburən ağaclardan yerə tökülən çör-çöpu toplayırlar. Amma bu iş olduqca zəhmətlidir, yeganə köməkçiləri isə ulaqlardır. Yağışlı-qarlı havalarda isə meşə ilə əlaqələri də kəsilir. Çünki, Kənd ərazisindən keçən Pirsaat çayı da daşır və yol günlərlə bağlı qalır. Sakinlər isə açıqlamalarında öz etirazlarını dilə gətiriblər;

 

“Çırpını gedib yığıb nə əziyyətlə gətirdik.. İndi bunu gərək doğrayam xırda-xırda bax görürsünüz bununla nə istilik olar. Bununla qışı yaza çıxmaq olar? Ona görə də biz də istəyərdik ki, bizim də qazımız olsun”.

 

Kəndə mavi yanacağın verilməsi üçün sakinlərin döymədiyi qapı, üz tutmadığı qurum qalmayıb. Amma nəticə eynidi, nə qaz var, nə də hənirtisi.

 

“Aidiyyəti qurum da vəziyyətdən xəbərdarıq deyir”.

 

“Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev isə açıqlamasında deyir ki;

 

“İşlər planlı şəkildə aparılır. Gələn ildə nəzərdə tutulub”.

 

Bir sözlə Ərçimanlılar bu qış da odun-ocaq tüstüsünə isinməli olacaqlar.

 

Gündüz Vaqifoğlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər