Ərdoğan Azərbaycanı təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
"İnformator.az" xəbər verir ki, bu barədə o, X hesabında paylaşım edib.
"Can Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edir, bir millətin iki dövləti, tək ürəyi daşıyan övladları olduğumuz bütün azərbaycanlı qardaşlarımıza Türkiyənin salam və sevgilərimi çatdırıram", - deyə paylaşım mətnində qeyd edilib.