00:00:00
Yazar
Aise Mustafayeva
25.09.2026 22:07 26 1 dəq oxuma
Dünya

Ərdoğan: Bölgədə davamlı sabitliyi gücləndirmək istəyirik

 

Ərdoğan: Bölgədə davamlı sabitliyi gücləndirmək istəyirik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Newsweek” jurnalına müsahibəsində regional təhlükəsizlik və beynəlxalq məsələlərə toxunub.

 

 

Ərdoğan bildirib ki, Türkiyənin əsas məqsədi münaqişələrin genişlənməsinin qarşısını almaq, diplomatik kanalları açıq saxlamaq və tərəfləri danışıqlar masasına qaytarmaqdır.

 

 

İran-ABŞ gərginliyindən danışan Ərdoğan Türkiyənin hər iki tərəflə əlaqələrinin olduğunu və gərginliyin azaldılması üçün diplomatiyaya üstünlük verdiklərini deyib.

 

 

Rusiya-Ukrayna müharibəsinə toxunan Ərdoğan Türkiyənin sülh danışıqlarının bərpasına töhfə verməyə hazır olduğunu bildirib.

 

 

O, həmçinin Türkiyənin “Qərb, yoxsa Şərq” seçiminə məcbur edilməməli olduğunu və ölkənin çoxşaxəli xarici siyasət yürütməsini davam etdirəcəyini vurğulayıb.

 

TRT Haber 

Aişə Mustafayeva 

#davamlı #gücləndirmək #xəbər #azərbaycan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər