Ərdoğan: Cumhur İttifaqı aralıq seçkilərdə mühüm qələbə qazanıb
Türkiyə Prezidenti və AK Partiyanın sədri R.Tayyip Ərdoğan parlamentdəki qrup toplantısında çıxış edərək həftəsonu keçirilən aralıq bələdiyyə seçkilərinin nəticələrini dəyərləndirib. O bildirib ki, Gümüşhane, Nevşehir və Tokat vilayətlərində yerləşən 6 bələdiyyədə keçirilən seçkilərdə Cumhur İttifaqı mühüm uğur qazanıb. Seçkilərin nəticələrinə əsasən, 6 bələdiyyədən 4-də AK Partiyanın, 1-də isə ittifaqın tərəfdaşı olan MHP-nin namizədi qalib gəlib.
Ərdoğan qeyd edib ki, bu nəticələr AK Parti və Cumhur İttifaqının xalqla qurduğu möhkəm əlaqələrin göstəricisidir. Onun sözlərinə görə, partiyanın millətlə birliyi və qarşılıqlı etimadı hər keçən gün daha da güclənir. Prezident həmçinin siyasi həmrəyliyin vacibliyini vurğulayaraq, AK Parti daxilindəki birlik və qardaşlıq mühitinin bütün siyasi qüvvələr üçün nümunə olmasını arzuladığını bildirib.
Çıxışında Qurban bayramı və Həcc ziyarətinə də toxunan Ərdoğan, Həcc ibadətini yerinə yetirənlərin dualarının qəbul olunmasını diləyib. O, seçkilərdə əldə olunan nəticələrin Cumhur İttifaqına göstərilən etimadın və dəstəyin bariz nümunəsi olduğunu vurğulayıb.
TRT HABER
Reyhan Qulizadə