00:00:00
Yazar
Güllər Gülhüseynova
22.06.2026 22:37 20 1 dəq oxuma
Dünya

Ərdoğan İraqın Baş naziri ilə regional məsələləri müzakirə edib

Ərdoğan İraqın Baş naziri ilə regional məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Əli əl-Zeydi ilə telefon danışığı aparıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

 

Məlumata görə, danışıq zamanı Türkiyə-İraq ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

 

Ərdoğan yeni dövrdə Türkiyə ilə İraq arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, xüsusilə enerji, müdafiə sənayesi və nəqliyyat sahələrində əməkdaşlıq potensialının böyük olduğunu vurğulayıb.

 

Türkiyə lideri geniş məsləhətləşmələrin aparılması məqsədilə Əli Zeydini Türkiyəyə səfərə dəvət edib.

#regional #azərbaycan #müzakirə #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər