00:00:00
Yazar
Admin User
30.12.2025 16:45 78 1 dəq oxuma
Dünya

Ərdoğan: İsrailin Somalilandı tanıması qeyri-legitimdir

Ərdoğan: İsrailin Somalilandı tanıması qeyri-legitimdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Həsən Şeyx Mahmudla birgə mətbuat konfransında İsrailin Somalilandı tanıma qərarını qeyri-legitim və qəbuledilməz adlandırıb. 

 

O bildirib ki, Somalilandın gələcəyi yalnız Somali xalqının iradəsinə uyğun müəyyənləşdirilməlidir. Ərdoğan Türkiyənin Somaliyə terrorla mübarizədə dəstəyini davam etdirəcəyini, 2026-cı ildə dənizdə qazma işlərinə başlanacağını və balıqçılıq, eləcə də kosmos sahəsində yeni əməkdaşlıqların planlaşdırıldığını qeyd edib. Xarici işlər naziri Hakan Fidan İstanbulda Somali XİN rəhbəri Abdüsselam Abdi Ali ilə görüşüb, ikitərəfli əlaqələr müzakirə olunub.

 

TRT Haber

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər