Ərdoğan: İstanbulun fəthi qaranlıqdan aydınlığa keçidin simvoludur
Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun Fəthinin 573-cü ildönümü münasibətilə Haliç Konqres Mərkəzində keçirilən tədbirdə çıxış edib.
O, İstanbulun fəthinin yalnız böyük bir hərbi qələbə deyil, həm də "qaranlığın aydınlığa çevrildiyi" tarixi bir dönüş nöqtəsi olduğunu bildirib. Ərdoğan qeyd edib ki, bu il həm İstanbulun fəthi, həm də Qurban Bayramının eyni vaxta düşməsi xüsusi mənəvi atmosfer yaradır.
O, həm Türkiyə vətəndaşlarını, həm də dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanları salamlayaraq bayramlarını təbrik edib. Prezident bayramın sülh, qardaşlıq və birlik gətirməsini arzulayıb, kəsilən qurbanların qəbul olunması üçün dua edib.
Ərdoğan xüsusilə uşaqları qeyd edərək, bayramın ən çox onların sevinci ilə mənalı olduğunu deyib və bütün uşaqlara xoşbəxtlik arzulayıb.
TRT HABER
Reyhan Qulizadə