Ərdoğan Misirdə:
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanındakı təmaslarını başa vurduqdan sonra Misirə gedib. Ərdoğan Kahire Beynəlxalq Hava Limanında Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə qarşılanıb.
Prezident Ərdoğan bu ilki ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. O, Ər-Riyadda Vəliəhd Şahzadə Məhəmməd bin Salman ilə görüşüb.
Səudiyyə Ərəbistanındakı görüşlərini tamamlayan Ərdoğan, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanından “TUR” təyyarəsi ilə Misirin paytaxtı Kahire şəhərinə yola düşüb.
TRT Haber
Səadət Əlizadə
