Ərdoğan: Ən utancverici kitab qırğınları çevriliş dövründə baş verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ən utancverici kitab qırğınları çevriliş dövrlərində baş verib.
O qeyd edib ki, 28 fevral dövründə İstanbul Universitetinin Kitabxanasından 4500 əsər, o cümlədən Sultan II Əbdülhəmidin şəxsi kitabxanasına aid 500 kitab zibilə atılıb.
Ərdoğan kitabların xalqın tarix və mədəniyyəti ilə bağını qoruyan mühüm vasitə olduğunu vurğulayıb.
Aişə Mustafayeva