Ərdoğan NATO-nun baş katibi ilə danışıb
Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğan NATO-nun baş katibi Mark Rütte ilə telefonda danışıb.
"İnformator.az" xəbər verir ki, məlumatı Türkiyə liderinin ofisindən bildiriblər.
NATO-nun baş katibi ilə telefonsöhbətində Türkiyə Prezidenti Ukrayna məsələsini müzakirə ediblər.
Təhlükəsizlik təminatları və Türkiyənin Ukraynada sülh prosesinə verə biləcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.