Ərdoğan: Türkiyəni qlobal gücə çevirmək hədəfimizə yaxınlaşırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin iqtisadiyyatdan müdafiə sənayesinə, səhiyyədən texnologiyaya qədər müxtəlif sahələrdə möhkəm təməl üzərində inkişaf etdiyini bildirib.
Rizədə keçirilən Vilayət Məşvərət Şurasının iclasında çıxış edən Ərdoğan “Türk Əsri”nin inşasının davam etdiyini və Türkiyəni qlobal gücə çevirmək hədəfinə hər gün daha da yaxınlaşacaqlarını vurğulayıb.
O, ölkənin gələcəyi üçün böyük hədəflər uğrunda çalışmağa davam edəcəklərini qeyd edib.
TRT Haber
Aişə Mustafayeva