Ərdoğan: Türkiyə təhlükəsizdir və hədəflərinə doğru inamla irəliləyir
Prezident Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə müraciətində Türkiyənin təhlükəsiz və etibarlı əllərdə olduğunu bildirib. O vurğulayıb ki, hökumət ölkənin sabitliyi və inkişafı üçün qətiyyətlə çalışır.
Ərdoğan regional gərginliklərə baxmayaraq Türkiyənin temkinli siyasət apardığını, “Terrordan azad Türkiyə” prosesində mühüm mərhələlərin geridə qaldığını deyib. Prezident Mərkəzi Bankın ehtiyatlarının 200 milyard dollar səviyyəsində olduğunu qeyd edərək xalqı bayram münasibətilə təbrik edib.
TRT Haber
Mələk Hüseynova