00:00:00
Yazar
Güllər Gülhüseynova
19.05.2026 09:00 16 1 dəq oxuma
Dünya

Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib

Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşma memorandumunu təsdiqləyib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə qərar "Resmi Gazete"də yayımlanıb.

 

Qərara əsasən, "Türkiyə Respublikası Ticarət Nazirliyi ilə Ukrayna Dövlət Gömrük Xidməti arasında Birgə Gömrük Şurasının yaradılması haqqında Anlaşma Memorandumu" təsdiqlənib.

 

Anlaşmada Birgə Gömrük Şurasının fəaliyyət sərhədləri müəyyənləşdirilib.

 

Qeyd edək ki, sözügedən memorandum 2022-ci ilin 3 fevral tarixində R.T. Ərdoğanın Kiyevə səfəri zamanı imzalanmışdı.

#baki #təsdiqləyib #gömrük #birgə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər