Ərdoğan: Yazıcıoğlu Türk millətinin yaddaşında xüsusi yer tutur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BBP-nin qurucu sədri Muhsin Yazıcıoğlunun şəhadətinin 17-ci ildönümü ilə bağlı anma proqramına mesaj göndərib. O, Yazıcıoğlunun sarsılmaz iradəsi, vətənə və millətə bağlılığı ilə Türk millətinin yaddaşında xüsusi yer tutduğunu bildirib.
Ərdoğan mərhumun milli və mənəvi dəyərlərə sədaqətinin heç vaxt unudulmayacağını vurğulayıb, bu çətin dövrdə birlik və bərabərliyə daha sıx sarılmağın vacibliyini qeyd edib və Yazıcıoğlunu rəhmətlə yad edib.
TRT Haber
Mələk Hüseynova