00:00:00
Yazar
Ayan Sədi
02.06.2026 20:51 37 1 dəq oxuma
Dünya

Ərdoğandan sərt mesaj: Yerli idarələrdəki qalmaqallar qəbulolunmazdır

Ərdoğandan sərt mesaj: Yerli idarələrdəki qalmaqallar qəbulolunmazdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hesablama Məhkəməsinin 164-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edib. O bildirib ki, yerli idarələr ətrafında baş verən qalmaqallar qəbulolunmazdır və qanun çərçivəsində ciddi mübarizə aparılmalıdır.

 

Ərdoğan çıxışında dövlət maliyyəsində şəffaflıq və hesabatlılığın vacibliyini vurğulayaraq, “kamu malı 86 milyon vətəndaşın haqqıdır” deyib. O, həmçinin keçmişdə baş verən çevrilişlərin və siyasi hadisələrin Türkiyə iqtisadiyyatına ciddi zərər vurduğunu qeyd edib.

 

Prezident Hesablama Məhkəməsinin dövlət maliyyə nəzarətində mühüm rol oynadığını, rəqəmsal audit və şəffaflıq istiqamətində islahatların davam etdirildiyini bildirib.

 

Mənbə: TRT Haber

 

Aişə Mustafayeva

#qalmaqallar #ərdoğandan #xəbər #mesaj: #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər