00:00:00
Yazar
Admin User
25.11.2025 16:21 98 1 dəq oxuma
İdman

"Real"da ciddi itki

"Real"da ciddi itki

“Real”ın əsas qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 5-ci turunda Yunanıstanda “Olimpiakos”la keçiriləcək səfər oyununu buraxacaq.


"İnformator.az" "Publika.az"a istinadla xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.


33 yaşlı belçikalı qapıçıda mədə-bağırsaq infeksiyası aşkarlanıb. Gözlənilir ki, bu mövsüm “Real”ın heyətində hələ meydana çıxmamış ukraynalı qapıçı Andrey Lunin Kurtuanın yerini tutacaq. Komandalar arasındakı oyun noyabrın 26-da baş tutacaq və Bakı vaxtı ilə 00:00-da başlayacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər