Real Madrid Afinada qələbə axtarır
Real Madrid Çempionlar Liqasının V turunda səfərdə Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşacaq. Madrid təmsilçisi bu mərhələyə qədər 3 qələbə və 1 məğlubiyyətlə turnir cədvəlində 7-ci yerdə qərarlaşıb və növbəti mərhələyə yüksəlmək üçün vacib görüşə çıxır.
Komandanın baş məşqçisi Xabi Alonso matç öncəsi bildirib: “Cədvəl baxımından vacib oyundur və yaxşı oynamalıyıq”. Real Madrid bu oyunda Tçouameni ilə güclənsə də, bir sıra əsas oyunçular – Kurtua, Alaba, Karvahal, Rüdiger və Miltao zədə səbəbindən matçı buraxacaq. “Olimpiakos” isə son 6 oyunda məğlub olmayıb – 5 qələbə və 1 heç-heçə. Komandanın əsas qol silahı isə 10 qolla Ayub Kaabidir. Bu matç Pireydə, “Georgios Karaiskakis” stadionunda keçiriləcək və Real Madrid burada sonuncu dəfə 18 il əvvəl oynayıb.
Real Madrid
Mələk Nəsirli
