Real Madrid azarkeşlər qarşısında son məşqlərindən birini keçirib
2025-ci ilin sonuna yaxınlaşan "Real Madrid" xüsusi bir məşq sessiyası keçirib. Xabi Alonsonun komandası ilin sondan əvvəlki məşqini azarkeşlərin iştirakı ilə Alfredo Di Stéfano stadionunda keçirib. Adətən 1 və 2-ci meydançalarda baş tutan məşqlər bu dəfə bileti olan azarkeşlərin iştirak edə bilməsi üçün dəyişdirilib.
Komanda 2026-cı ilin ilk oyunu - 4 yanvarda Betisə qarşı keçiriləcək La Liqa matçına hazırlaşır. Məşq əvvəlcə zalda aktivləşmə ilə başlayıb, ardından meydanda texniki-taktiki çalışmalarla davam edib. Oyunda dəyişkən istiqamətlər, “rondo”, hücum və müdafiə situasiyaları, dar sahədə oyunlar yer alıb. Carvajal, Militao və Trent fərdi bərpa proqramlarını davam etdiriblər.
Real Madrid
Mələk Nəsirli
