Real Madrid Betis oyununun hazırlıqlarına başlayıb
Xabi Alonsonun komandası 2026-cı ildəki ilk oyununu Bernabéuda keçirəcək (Bazar günü, saat 17:15 CET).
Real Madrid La Liqanın 18-ci turunda Betislə qarşılaşma öncəsi növbəti məşqini tamamlayıb. Komanda oyuna hazırlıq çərçivəsində fərdi isinmə hərəkətləri ilə məşqə start verib, daha sonra videoanaliz sessiyası keçirilib. Sonrakı mərhələdə futbolçular iki qrupa bölünərək taktiki tapşırıqları yerinə yetirib və qapıya zərbələr üzərində məşq ediblər. Karvaxal komandayla birlikdə məşqin bir hissəsində iştirak edib. Trent bərpasını meydanda təkbaşına davam etdirir. Militao və Mbappe isə fərdi məşqlərlə kifayətləniblər.
Real Madrid
Mələk Nəsirli
